Ginekomastiyanın müalicəsi

Kişilərdə süd vəzinin böyüməsinin hormonal səbəblərinin araşdırılması və müalicə variantlarının müəyyən edilməsi.

Ginekomastiya kişilərdə süd vəzisinin bir və ya hər iki tərəfdə qlandulyar toxuma hesabına böyüməsinə verilən addır. «Gine» qadın, «mastiya» süd vəzisi deməkdir. Bu hal estrogen və testosteron tarazlığının pozulması nəticəsində yaranır. Ginekomastiya ayrıca xəstəlik deyil, fizioloji və ya patoloji proseslərin əlaməti ola bilər.

Ginekomastiya niyə yaranır?

Kişilərdə testosteron üstünlük təşkil edir; estrogenin artması və ya testosteronun azalması döş toxumasının böyüməsinə səbəb olur. Səbəblər fizioloji və patoloji olmaqla iki qrupa bölünür.

Patoloji səbəblərə xaya şişləri, Klinefelter kimi genetik sindromlar, piylənmə, tireoid və hipofiz vəzi xəstəlikləri, qaraciyər sirrozu, böyrək çatışmazlığı, həmçinin anabolik steroidlər, antidepressantlar və antihipertenzivlər daxildir.

Hansı hallarda xəstəlik sayılmır?

Fizioloji ginekomastiya hormonal balansın müvəqqəti pozulması ilə bağlıdır və adətən müdaxilə olmadan geriləyir: yeni doğulmuşlarda anadan keçən estrogenin təsiri ilə, 12–18 yaş arası yetkinlik dövründə (6 ay – 2 il ərzində keçir), 50 yaşdan sonra testosteronun azalması ilə.

Psevdoginekomastiya (lipomastiya) hormonal dəyişiklik deyil, piy yığılması nəticəsində yaranır və adətən çəkinin azaldılması ilə aradan qalxır.

Əlamətlər

Nələrə diqqət etmək lazımdır

Döş vəzilərində böyümə və şişkinlik

Ağrı və toxunmaya həssaslıq

Toxunduqda sərtlik, nodul və ya kist

Özünəinamın azalması, sosial narahatlıq

Səsin incəlməsi, saç tökülməsi, cinsi funksiyanın pozulması

Ginekomastiya əsasən ağrısız və iki tərəfli olur. Uzunmüddətli, asimmetrik və ya sürətlə irəliləyən böyümə isə patoloji prosesin göstəricisi ola bilər.

Diaqnoz necə qoyulur?

Diaqnoz həkim baxışından sonra ultrasəs müayinəsi ilə dəqiqləşdirilir — süd vəzisindəki qlandulyar toxumanın qadın məmə toxumasına bənzər olduğu radioloji təsdiqlənir.

Səbəbi araşdırmaq üçün hormonal müayinələr, xayaların müayinəsi, onkomarkerlər, qaraciyər və böyrək testləri aparılır. Asimmetrik və sürətlə böyüyən hallarda süd vəzi xərçənginin istisna edilməsi üçün mammoqrafiya tələb oluna bilər. Diaqnostikası sadədir, lakin gözdən qaça bilən genetik sindromlar unudulmamalıdır.

Müalicə

Müalicə yanaşmaları

Hormonal terapiya

Estrogen yüksək olduqda aromataz inhibitorları (anastrozol) və anti-estrogen dərmanlar (tamoksifen); testosteron çatışmazlığında əvəzedici terapiya.

Dərmanların dəyişdirilməsi

Dərmanın yan təsiri kimi yaranıbsa, həmin dərman dayandırılır və daha az yan təsirli alternativ təyin edilir.

Pəhriz və həyat tərzi

Piylənmənin rol oynadığı hallarda sağlam pəhriz və nizamlı fiziki fəaliyyət kömək edə bilər.

Cərrahi müdaxilə

Yalnız yağ toxuması ilə əlaqəli hallarda liposaksiya, irəliləmiş hallarda döş toxumasının çıxarılması — mastektomiya seçilir.

Psixoloji dəstək

Özünəinam azlığı, narahatlıq və depressiya yarandıqda psixoterapiya və dəstək təklif oluna bilər.

Müalicə səbəbə və şikayətlərin ağırlığına görə fərdiləşdirilir. Cərrahi müdaxilə son qərardır və digər yanaşmalar təsirsiz olduqda tətbiq olunur.

Məqalələr

Bu mövzuda
yazılar

Ginekomastiyada əməliyyat mütləqdirmi?

Ginekomastiya kişilərdə döş vəzilərinin anomal şəkildə böyüməsi ilə xarakterizə olunan tibbi haldır. Bu hal müxtəlif səbəblərdən meydana gələ bilər…

Oxu

Ginekomastiya zamanı hansı şikayətlər ola bilər?

Ginekomastiya zamanı hansı şikayətlər və xəstəliklər ola bilər? Ginekomastiya kişilərdə döş vəzilərinin böyüməsi ilə müşayiət olunan vəziyyətdir. Bu vəziyyət…

Oxu

Qəbul edilən dərmanlar ginekomastiya yarada bilərmi?

Ginekomastiya qəbul edilən dərmanlar səbəbilə yarana bilərmi? Ginekomastiya kişilərdə döş vəzilərinin böyüməsi ilə müşayiət olunan vəziyyətdir. Bəzən bu…

Oxu

Ginekomastiya olub-olmadığını necə bilmək olar?

Ginekomastiyanı müəyyən etmək üçün nə etməliyik? Digər bir xəstəlik ola bilərmi? Ginekomastiya kişilərdə döş vəzilərinin böyüməsi ilə müşayiət olunan…

Oxu

Ginekomastiyanın səbəbi hansısa gizli xəstəlik ola bilərmi?

Ginekomastiyanın səbəbi hansısa gizli xəstəlik ola bilərmi? Ginekomastiya kişilərdə döş vəzlərinin böyüməsi ilə xarakterizə olunan tibbi vəziyyətdir. Bəzi…

Oxu

Ginekomastiya hansı hallarda xəstəlikdir?

Ginekomastiya hansı hallarda xəstəlikdir? Ginekomastiya kişilərdə döş vəzlərinin qeyri-adi böyüməsi ilə xarakterizə olunan tibbi vəziyyətdir. Bu hal bəzən…

Oxu

Ginekomastiya hansı hallarda xəstəlik deyil?

Ginekomastiya hansı hallarda xəstəlik deyil? Ginekomastiya kişilərdə döş vəzlərinin anormal böyüməsi ilə xarakterizə olunan tibbi vəziyyətdir. Lakin bu hal hər…

Oxu

Ginekomastiya xəstəlikdirmi?

Ginekomastiya xəstəlikdirmi? Ginekomastiya kişilərdə döş vəzlərinin anormal böyüməsi ilə xarakterizə olunan tibbi vəziyyətdir. Bu hal əsasən hormonal balansın…

Oxu

Ginekomastiya nədir?

Ginekomastiya nədir? Ginekomastiya kişilərdə döş vəzlərinin anormal böyüməsi ilə xarakterizə olunan bir vəziyyətdir. Bu hal estrogen və testosteron…

Oxu

Ginekomastiyanın yaranma səbəbləri nələrdir?

Ginekomastiyanın yaranma səbəbləri fizioloji və patoloji olmaqla iki qrupa bölünür. Fizioloji səbəblərə yeni doğulmuş uşaqlarda bir yaşa qədər döşlərdə böyümə…

Oxu

Ginekomastiyanın müalicəsi necə aparılır?

Ginekomastiyanın müalicə üsulu Ginekomastiya kişilərdə döş vəzlərinin böyüməsi ilə xarakterizə olunan vəziyyətdir. Bu vəziyyətin müalicəsi, əsasən, səbəbə və…

Oxu

Ginekomastiyanın diaqnozu necə qoyulur?

Ginekomastiya xəstəliyinin diaqnozu ilkin olaraq kişinin özündə problemi görməsi və döşlərinin böyüməsi şikayəti ilə həkimə gəlməsidir. Diaqnostik olaraq…

Oxu

Ginekomastiya – kişiləri utandıran problem

Ginekomastiya kişilərdə süd vəzisinin bir və ya hər ikisinin məmə ucundan başlayaraq diffuz şəkildə qlandular toxuma hesabına böyüməsinə verilən addır. “Gine”…

Oxu

Dr. Hidayət Məmmədzadə

Dr. Hidayət Məmmədzadə

Baku Medical Plaza klinikası, Endokrinologiya şöbəsinin müdiri.

Dr. Hidayət Məmmədzadə — Baku Medical Plaza klinikasının Endokrinologiya şöbəsinin müdiri. 1998-ci ildən həkimdir; endokrinologiya, diabetologiya və pediatrik endokrinologiya üzrə ixtisaslaşıb.

Həkim haqqında ətraflı

Həkimə sual verin və ya qəbula yazılın

Baku Medical PlazaM.Rəfili və R.Behbudov küçələrinin kəsişdiyi 389-cu məhəllə, Nəsimi rayonu, Bakı.